Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Keşlə” ilə “Səbail” bu gün yoxlama oyununda üz-üzə gəlib.

Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşıblar. Oyunda qalib müəyyənləşməyib - 1:1.

Xatırladaq ki, bu komandalar yanvarın 18-də də qarşılaşmış və “Keşlə” "Dalğa Arena"da 2:0 hesabıyla qalib gəlmişdi.

 

Yoxlama oyunu
24 yanvar

"Keşlə" – "Səbail" - 1:1
Qol: Rəhman Hacıyev, 75 – Əfran İsmayılov, 10
Bakı Olimpiya Stadionunun ehtiyat meydançası.