Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində səfərdə “Sabah”a 0:3 məğlub olan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.

- Danışılası bir şey yoxdu. Bir həftə eyni sistemlə hazırlaşırıq, ardınca isə oyunun əvvəlində qırmızı vərəqə. TV-də canlı yayım idi, Murad hakimə heç nə etməmişdi. Etiraz etmişdi, amma İnqilab Məmmədov komandamızın uduzması üçün hər şey etdi. Onu təbrik edirəm bizi məğlub etdi. Azliqda qalsaq da, döyüşdük. 46-cı dəqiqədə qol vura bilərdik. Sənətimiz çətindi, amma bu gün bu sənətimə nifrət etdim. Niyə hakimlik haqda danışmaq olmaz? Axı, hamı haqda danışmaq olar. Niyə hakimlikdən olmaz? Nədi problem? Məqsəd budu ki, “Sumqayıt” avrokuboklara getməsin? Bunlar baxmırlar xarici futbola? Sonra deyirlər ki, bizə oyun vermirlər? Belələrinə oyun verməsələr. yaxşıdı.

- Kim deyir ki, hakimlikdən danışma?
- Qaydalar imkan vermir. Bunu qeyd edin ki, “Sabah”ın qələbəsinə kölgə salmıram. Hakim artıq 10-cu dəqiqədən oyunun ipini itirdi.