Ölkə kubokunun 1/8 final mərhələsində bu gün keçiriləcək “Kəpəz” – “Sumqayıt” oyununun VAR təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, VAR hakimi Rauf Cabarov, onun köməkçisi isə Pərvin Talıbov olacaq.

Gəncədəki görüş 14:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.