“Birinci hissədə yaxşı çıxış etmədik, futbol oynamağa çalışmadıq. Bİlk 45 dəqiqədə özümüzü çox çətin vəziyyətə salırdıq. Ancaq sevindirici məqam odur ki, son dəqiqələrdə qol vura bildik. Bu çox vacib idi". Sport24.az xəbər verir ki, bunu Avstriyanın “Rapid” klubunun kapitanı Qvido Burqştaller Bakıda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqları Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Qarşılaşmanın son dəqiqəsində hesabı minimuma endirən qola imza atan 33 yaşlı hücumçu bunun cavab görüşündə onlara kömək olacağını düşünür: “Çətin olsa da, hər şey cavab matçı üçün hələ də açıq qalır. Evə 0:2 hesabı ilə qayıtmaq çox acı olardı. İndi cavab görüşündə yaxşı performans göstərməliyik. Bunu bacaracağımızı bilirik”.

Qeyd edək ki, “Neftçi” ilə “Rapid” arasında cavab matşı avqustun 11-də Vyanada keçiriləcək.