AVRO-2024-ün seçmə mərhələsinin startına hazırlaşan Azərbaycan milli komandasının məşqçilər korpusunda Elxan Abdullayev yer alıb. Sport24.az xəbər verir ki, U-18 yığmamızın baş məşqçisi Avstriya və İsveç yığmaları ilə hazırlıq məqsədilə Bakıdakı təlim-məşq toplanışında iştirak edir və səfərə də yollanacaq.

Amma 53 yaşlı mütəxəssis yalnız bu iki matçda əsas yığmada olacaq. Belə ki, italiyalı baş məşqçi Canni de Byazi yığmalarımızın baş məşqçilərinə rəsmi matçlarda növbəliliklə korpusunda yer verəcək və bu, Abdullayevlə başlanılıb  Onun çalışdırdığı yığma hazırkı fasilədə toplaşmayıb və rəsmi turnirlərdə də iştirak etmir.

Xatırladaq ki, millimiz martın 24-də Avstriyanın, 27-də İsveçin qonağı olacaq.