Ötən geücə Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, "Qarabağ"ın da meydana çıxdığı ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Qeyd edək ki, mərhələnin daha 6 oyunu isə bu gün baş tutacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
"Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka) 0:0
"Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr) 0:1
Qol: Anderson, 84
"Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) 0:1
Qol: Toral Bayramov, 18-pen.
"Reyncers" (Şotlandiya) – "Viktoriya" (Plzen, Çexiya) 3:0
Qollar: Qassama, 15, 51, Dessers, 45-pen.