Region Liqasının debütantı "Cəbrayıl" qış transfer çalışmalarına fəal başlayıb. Klubun baş məşqçisi və prezidenti Cavid Hüseynovun Sport24.az-a verdiyi məlumata görə, 4 transfer həyata keçiriblər. 

Özü də bunların 3-ü cəbrayıllıların çıxış etdiyi Paytaxt və Şimal zonasının B qrupunda əsas rəqibi, 1-ci pillədə olan Quba "Şahdağ"ındadı. Bunlar qapıçı Rafiq Kərimov, müdafiəçi Elşad Manafovla Hüseyn Axundovdu ki, ilk dövrədə "Cəbrayıl"a Binədə 4:1 hesabıyla qalib gəldikləri matçda oynayıblar. Yeri gəlmişkən, onların yeni kublarında debütləri qış fasiləsindən sonra keçmiş komandalarına qarşı olacaq. "Cəbrayıl" habelə yarımmüdafiəçi Ülvi Quliyevlə cari mövsümün ssonunadək müqavilə imzalayıb, 

Xatırladaq ki. bu kvartetdən Elşadla Hüseyn I Divizionda və Premyer Liqada çıxış edib. 30 yaşlı Manafov hətta yığmamızın, "Neftçi" və "Bakı"nın üzvü olub, sonuncularla 10 il əvvəl Azərbaycan Kubokunu qazanıb. Hüseynov onu özünün də çıxış etdiyi "Bakı"dan, Quliyevi isə kapitanı olduğu "Qəbələ"dən tanıyır ki, bu futbolçu həmin klubun yetirməsidi.