Ölkəmizdə keçiriləcək COP29 ilə əlaqədar Bakı Olimpiya Stadionu ərazisindəki VAR Mərkəzi gələn il fevralın 1-dək fəaliyyətini dayandırıb. Sport24.az xəbər verir ki, məhz buna görə 2024/2025-ci illər mövsümü üzrə ölkə kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili ancaq səyyar VAR nəqliyyat vasitəsilə olacaq.

 

AFFA-nın balansında 2 səyyar VAR nəqliyyat vasitəsi var.