"Şamaxı" və "Səbail" komandaları arasında keçirilmiş Misli Premyer Liqasının 33-cü turunun oyunu yubileylə əlamətdar olub.

Sport24.az-ın məlumatına görə, matç 1:1 hesabı ilə yekunlaşıb.

Bu, tərəflər arasında çempionatda bərabərliklə başa çatan 10-cu qarşılaşmadır. Əvvəlki 27 görüşün 8-də bölgə təmsilçisi, 9-da Bakı klubu qələbəyə sevinib.