"Sumqayıt"ın yeni baş məşqçisinin də əcnəbi mütəxəssis olacağı dəqiqləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "kimyaçılar"ın rəhbərliyi bu vəzifə üçün namizədlərlə danışıqları sürətləndirib.
Klub yaxın vaxtlarda yeni baş məşqçi ilə bağlı yekun qərar verməyi planlaşdırır.
Bununla yanaşı, komandanın yay hazırlıq planı da müəyyənləşib. "Gənclik şəhəri" təmsilçisi təlim-məşq toplanışını Qəbələdə keçirəcək. Sumqayıt təmsilçisinin iyulun 24-də sözügedən bölgəyə yollanacağı bildirilir.
Hazırlıq prosesi çərçivəsində komandanın avqustun 7-dək dörd yoxlama görüşü keçirməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Sumqayıt" mövsümün başa çatmasından sonra komandaya rəhbərlik edən serbiyalı mütəxəssis Saşa İliçlə yollarını ayırıb.