"FİF-in vasitəçiliyi ilə "İmişli" və "Zaqatala"ya sponsorların cəlb olunmasından xəbərdarıq. Hər iki komandanı təbrik edirəm. Biz mütəmadi olaraq FİF ilə danışıqlar aparır, görüşlər keçirir, müzakirələr aparırıq. Həmçinin uşaq futbolu ilə bağlı layihələrində iştirak edirik. Həm adını qeyd etdiyim qurum, həm də özümüz sponsor axtarışlarını da davam etdiririk". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın baş meneceri Kamran ismayılov deyib.

 

I Liqada mübarizə aparan klubun funksioneri saytımıza açıqlamasında yaxın gələcəkdə "şirlər"ə sponsor tapılacağına inamadığını, bununla belə ümidlərini üzmədiklərini də söyləyib: "Görünən odur ki, yaxın gələcəkdə  bu məsələdə irəliləyiş olmayacaq. Buna rəğmən imkanlı iş adamlarının klubumuza dəstək verəcəyinə ümid edirik. Necə deyərlər, ümid sonda ölür. İnanırıq ki, biz tərəfə də boylanan olacaq".

 

Qeyd edək ki, "Şamaxı" 14 turdan sonra 28 xalla I Liqanın lideridi