Moldovanın "Zimbru" klubunun futbolçusu Martin Kuyttinen karyerasını Azərbaycanda davam etdirnək variantı yaranıb. Sport24.az xəbər verir ki, bu barədə Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov yerli mətbuata açıqlama verərək, 25 yaşlı hücumameylli yarımmüdafiəçinin Azərbaycan və Polşa klublarının diqqət mərkəzinə düşdüyünü söyləyib.

Amma Adıgözəlov polşalı oyunçu ilə maraqlanan komandaların adlarını açıqlamayıb.

Qeyd edək ki, Kuyttinen daha əvvəl "Vikinqur", Portuqaliyanın "Agias-du-Moradal" və "Sintrense" klublarında, həmçinin İspaniya "Valyadolid"inin U-19 komandasında çıxış edib.