"Mövsümün ilk matçları həmişə çətin olur. Bu gün meydana hər iki komanda oyununda bu hiss olundu. Həm "Neftçi"nin, həm də bizim fərqlənmək üçün şansımız olsa da, yararlana bilmədik. Ümumi götürəndə başlanğıc üçün 1 xalı uğurlu saymaq olar. Amma irəlidə daha da yaxşı çıxış etməliyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un futbolçusu Ayxan Quseynov deyib.
"Boz qurd"ların yarımmüdafiəçisi Kurban Berdiyevin iş prinsipindən və futbolçulara yanaşmasından da danışıb: "Hər mütəxəssisin özünəxas futbola yanaşması var. Kurban Berdıyev böyük futbol təcrübəsi olan savadlı məşqçilərdəndi. O, hər səhvin üzərində dayanır, hər xırda detalla xüsusi fikir verir. Baş məşqçi hər futbolçuya yol verdiyi səhvi izah edir, ondan dərs çıxarmasını istəyir. Fikrimcə, Kurban Berdıyevin futbol xəzinəsindən götürəcəyimiz çox şey var.
Qeyd edək ki, Premyer liqanın ilk turunda "Turan Tovuz" səfər "Neftçi" ilə qolsuz bərabərə qalıb.
ABDULLA İSMAYILOĞLU