"İmişli" daha bir futbolçunun transferini reallaşdırıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəxtiyar Həsənalızadə qarşıdakı mövsümdə "pələnglər"in uğurları üçün çalışacaq.

 

29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Həsənalızadə karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor", "Araz-Naxçıvan"ın kimi klubların formasını geyinib.