İtaliya millisinin keçmiş müdafiəçisi Marko Materazzi 2006-cı il dünya çempionatının finalını yenidən yada salıb. Sport24.az xəbər verir ki, italiyalı veteran futbolçu bu barədə "France Football"-a açıqlama verib:
"Nə mən, nə də Zidan müqəddəs deyil. Çünki bu, onun ilk belə hərəkəti deyildi. Matçdan sonra əlimi sıxıb, eyni şeyi deməsəydi, bu, ona şərəf gətirərdi. Mən ona hörmət edirəm və karyerasında - həm oyunçu, həm də məşqçi kimi qazandığı hər şeyə görə təşəkkür edirəm".
Qeyd edək ki, sözügedən oyunda Fransa millisinin yarımmüdafiəçisi Zinəddin Zidan bacısını təhqir etdiyinə görə Materazziyə başı ilə zərbə endirməklə yadda qalmışdı. Onlar həmin qarşılaşmadan sonra heç vaxt danışmayıblar.
DÇ-2026-nın finalı Zidanın karyerasının son matçı idi. Fransa millisinin kapitanı turnirin ən yaxşı oyunçusu seçilib. Elə həmin ilin yayında o, futboldan ayrıldığını elan edib.