Yeni mövsümə hazırlaşan "Sumqayıt"ın baş məşqçisi müəyyənləşməsə də, "kimyaçılar"da yeni funksioner təyinatı reallaşıb. Bu barədə Sport24.az-a kluba yaxın mənbədən məlumat daxil olub.
Vasif Əliyev "gənclik şəhəri"nin təmsilçisinin skautu təyin olunub. Əliyev "Neftçi"nin tanımış veteran futbolçusu Asif Əliyevin oğludur.
Qeyd edək ki, "kimyaçılar"ın yeni funksioneri futbolçu kareyerası ərzində "Bakılı", "Kəpəz", "Simurq". "Standrt" kimi klubların formasını geyinib.