Joao Kanselo "Barselona"ya keçməyə yaxındır. Sport24.az "Barça Universal"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçuya bir mövsüm də uzatmaq şərti ilə iki illik müqavilə təklif olunub. 

 

Mənbənin sözlərinə görə, Kanselo dünya çempionatı zamanı heç bir danışıq aparılmayacağını bildirib. Ancaq Portuqaliyanın 1/8 finalda məğlub olması "Barselona" və "Əl-Hilal" arasında danışıqların başlamasına imkan verib.

 

Tərəflərin hələ də razılaşdırılmalı bəzi son detalları var ki, məhz bundan sonra transfer rəsmi olaraq açıqlanacaq.