Son günlər mətbuatda "Qarabağ"ın Macarıstanın "Ferentsvaroş" klubunun hücumçusu Bamidele Yusufla maraqlandığı barədə iddialar yayılıb. Sport24.az məsələni araşdırıb.
Redaksiyamızın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi nigeriyalı futbolçunun transferi ilə bağlı "Ferentsvaroş"a heç bir rəsmi təklif göndərməyib.
Daha əvvəl "Qarabağ"ın 25 yaşlı hücumçu üçün Macarıstan klubuna 3 milyon avroluq təklif etdiyi iddia olunurdu. Lakin əldə etdiyimiz məlumata əsasən, bu xəbərlər həqiqəti əks etdirmir. Bamidele Yusufun transferi ilə bağlı "Ferentsvaroş"a heç bir müraciət edilməyib.
Qeyd edək ki, "Qarabağ" bu yay "Ferentsvaroş"un digər futbolçusu Cəbrail Makreçkini heyətinə qatıb.