İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Hendersonun atası Brayan Henderson bildirib ki, oyunçunun zədəsi gözləniləndən daha ciddidir. Sport24.az xəbər verir ki, o, bu barədə "Daily Mail" nəşrinə açıqlama verib:

 

"Onun sol qolunun dibidir, sınıb. Ona gips qoyacaqlar və sonra hər şey mütəxəssislərin dediklərindən asılı olacaq".

 

Qeyd edək ki, 36 yaşlı oyunçu dünya çempionatının 1/8 final mərhələsində Meksika üzərində 3-2 hesablı qələbəni qeyd edərkən zədə alıb. Yarımmüdafiəçi reklam lövhələrinin üstündən tullanmağa çalışıb və yöndəmsiz şəkildə yıxılıb. İlkin məlumatlara görə, biləyi zədələnib. Ancaq sonradan məlum olub ki, Hendersonun sol qolunda daha ciddi problem var. 

 

 .