"Brentford" heyətini yeni hücumçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi azad agent statusunda olan Kallum Uilsonla razılığa gəlib.
Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Tərəflər arasında bir illik müqavilə imzalanacaq. Təcrübəli hücumçu təklifi qəbul edib və karyerasını "Brentford"da davam etdirəcək.
Qeyd edək ki, Kallum Uilson son olaraq "Vest Hem"də çıxış edib. O, bu yay Ceydon Entonidən sonra "Brentford"un ikinci transferi olub.