İkinci Liqanın son çempionu olan "Xankəndi"də futbolçuların maaş borcları tam şəkildə ödənilib. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.
Mənbəmizin sözlərinə görə, klub rəhbərliyi bununla yanaşı, komanda üzvlərinə İkinci Liqada qazanılan çempionluğa görə nəzərdə tutulan mükafatı da həftə ərzində veriləcəyini bildirib.
Qeyd edək ki, "Xankəndi" ötən mövsüm II Liqada çempion olaraq I Liqaya vəsiqə qazanıb.