"İmişli" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Fərid Nəbiyevlə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində "Slaviya" (Praqa), "Viktoriya" (Jijkov), "Kəpəz", "Turan Tovuz" və "Səbail" klublarının şərəfini qoruyub. O, son mövsümü "Kəpəz"də keçirib.