"Krivotsyuk böyük potensiala malik gənc futbolçudu. O, müdafiənin müxtəlif mövqelərində çıxış edə bilir". Sport24.az xəbər verir ki, bunu Polşanın "Visla" (Plotsk) klubunun baş məşqçisi Maçey Bartoşek Azərbaycan millisinin üzvü olan futbolçusu Anton Krivotsyuk haqqında deyib.

45 yaşlı polşalı mütəxəssis Antonun ikili və üçlü müdafiədə oynaya bildiyin vurğulayıb: "O, klassik sol cinah müdafiəçisi qismində oynamağa daha az meyillidir. Hələ 23 yaşı var və meydandakı xarakteri istəyimə uyğundur. Çalışqan və amansızdır, hücumçu ilə təmasda oynamağı sevir. Antonun taktika və oyun qurmaq baxımından müəyyən çatışmazlıqları var idi. Amma Aproblemi tamam başqa şey idi. Düşünürəm ki, biz bunun öhdəsindən gələ bildik".

Bartoşek məşqçilər heyətinin və idman direktoru Pavel Maqdoninin də Krivotsyukla çox söhbətlər etdiyini diqqətə çatdrıv. Onun sözlərinə görə, söhbət zehni münasibətdən gedib: "Yadda saxlamaq lazımdır ki, Krivotsyuk yalnız 3 komanda arasında rəqabətin davam etdiyi liqadan gəlib. Orada futbolçular "Neftçi", "Qarabağ" və "Qəbələ" komandaları arasındakı matçlarda çətinlik çəkirlər. Azərbaycan Premyer Liqasında yekun nəticəni bu komandalar arasındakı duellər həll edir. Digər klublarla görüşlər çox da gərgin keçmir. Buna görə Anton təzyiqə öyrəşməmişdi. Azərbaycandan olan futbolçularda oyunun psixoloji tərəfi ilə bağlı problemləri olacağını düşünməmişdim. Buna təəccübləndim. Orada bir dövrənin maksimum 2-3 oyununda səfərbər olurlar. Halbuki, hər həftə belə etməlisən. Visla" Krivotsyukun ilk xarici klubudur. O, bütün mühiti və mədəniyyəti dəyişdi".

Baş məşqçinin fikrincə, Anton oynamayanda əsəbiləşir, narazı görünürdü: "Amma bir dəfə oynayıb, səhvə yol verəndə, çox iş görmürdü. Düşünürəm ki, düzgün istiqamətdə gedirik. Bəzən başqa ölkələrdən gələn futbolçularda belə olur".

Qeyd edək ki, 24 yaşlı Krivotsyuk Plotsk "Visla"sına ötən yay "Neftçi"dən keçib.