"Zenit"in futbolçusu Sergey Sutormin "Neftçi" ilə Bakıdakı yoldaşlıq görüşü haqda danışıb. Sport24.az xəbər verir ki, təcrübəli cinah oyunçusu ilk olaraq 1:2 hesabıyla uduzduqları matçı dəyərləndirib.
- Oyun asan alınmadı. “Neftçi” yaxşı futbol nümayiş etdirdi. Rəqibin çox iddialı və əzmkar olduğu aşkar görünürdü. Qol şanslarımız oldu ki, təəssüf ki, reallaşdırmadıq. Buna görə də “Neftçi” qalib gəldi.
- Görüşün əvvəlində sən və Danil Kruqov adət etmədiyiniz cinahlarda oynadınız. Sol cinahda özünü necə hiss etdin?
- Ümumilikdə normaldı. Düzdür, sonra dəyişdik. Hər kəs öz cinahında çıxış etdi.
- “Zenit”in ilk dəfə çıxış etdiyi stadionun ab-havası necə idi?
- Rahat arenadı, nədənsə mənə Orenburqdakı stadionu xatırlatdı. Atmosfer yaxşıdı. Yalnız meydançanın sahəsi həmişəkindən daha kiçik göründü. Ümumiyyətlə, yaxşı şəraitdi.
- Oyundan əvvəl “Zenit” Bakını gəzdi. Necə idi?
- Yaxşı, gözəl şəhərdi. Bəlkə nə vaxtsa özüm də bura gələ biləcəm.
- “Neftçi” azarkeşlərinin komandalarını dəstəkləyərək "оп, давай-давай" dediklərini eşitdinizmi?
- Görünür, bunu bizimkilərdən götürüblər və indi özününkülərə bu yolla dəstək verəcəklər (gülür)
- Matç əvvəldə ona görə yarımçıq qaldı ki, “Neftçi”nin əfsanəvi Ruslan Abışovu futboldan yola salırdı...
- Bu haqda əvvəlcədən bilirdik. Kapitanımız Duqlas Santos bizi belə bir mərasimin olacağı barədə xəbərdar etdi. Yaxşı aksiyadı. Düşünürəm ki, Ruslana da məhz belə bir oyunda vidalaşma xoş oldu.