Misli Premyer Liqasında 24-cü turun rəmzi komandası açıqlanıb. Sport24.az xəbər verir ki, "11-liy"i "Sofascore" tərtib edib.

Simvolik komandada 3-5-2 düzülüşündən istifadə olunub. "Sabah" və "Qarabağ"dan üç futbolçu heyətə düşüb.

Qapıçı: Məmməd Hüseynov ("Kəpəz")
Müdafiəçilər: Slavik Alxasov ("Araz-Naxçıvan"), Dioqo Verdaska ("Kəpəz"), Stiv Solvet ("Sabah")
Yarımmüdafiəçilər: Coni Montiel, Leandro Andrade (hər ikidi "Qarabağ"), Aleksey İsayev ("Sabah"), Hamidi Keyta ("Araz-Naxçıvan"), Rüfət Abbasov ("Şamaxı").

Hücumçular: Kamilo Duran ("Qarabağ"), Coy-Lens Mikels ("Sabah").