Neymar Karlo Ançelottinin onu milli komandanın qarşıdan gələn yoldaşlıq oyunlarına çağırmaması qərarına münasibət bildirib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə "Footmercato"ya açıqlama verib:
"Mən burada öz fikrimi bildirirəm, çünki bunu görməzdən gələ bilmərəm. Əlbəttə ki, milliyə çağırılmamağım məni məyus edir və kədərləndirir. Amma mən çox çalışmağa davam edirəm - günbəgün, məşqdən-məşqə, oyundan-oyuna. Diqqətimi cəmləmişəm. Məqsədimizə çatacağıq. Yekun heyət hələ qabaqdadır".
Qeyd edək ki, Braziliya yığması martın 26-da Fransa, aprelin 1-i isə Xorvatiya ilə yoldaşlıq oyunu keçirəcək.