AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, "Araz-Naxçıvan" - "Karvan-Yevlax", "İmişli" - "Sabah", "Zirə" - "Qarabağ", "Qəbələ" - "Neftçi" və "Kəpəz" - "Turan Tovuz" matçları olmaqla ümumilikdə 5 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis sözügedən matçlarda hakimlərin doğru qərar verdiyini təsdiqləyib.
Xatırladaq ki, "Zirə" - "Qarabağ" qarşılaşmasından (1:3) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçın 86-cı dəqiqəsində baş hakim Fərid Hacıyevin penalti qərarı verməməsinə narazılığını bildirmişdi.
Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik: