"Kruzeyro"da ayrılıq yaşanıb. Sport24.az xəbər verir ki, komandanın baş məşqçisi Tite istefaya göndərilib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

Həmin posta Uesli Karvalyo təyin edilib.

Qeyd edək ki, Tite 2025-ci ilin dekabr ayından "Kruzeyro"ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 17 oyun keçirib, 8 qələbə qazanıb, 3 heç-heçə edib və 6 dəfə məğlub olub.