"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. 

 

Alman məşqçi müqavilənin uzadılmasına razılıq verib. Lakin qərarını "Barselona"da keçirilən prezident seçkilərindən sonra açıqlamağa qərar verib. Flik Kataloniyadakı həyatından məmnundur və gənc oyunçuların inkişafına üstünlük verir. Onun əsas məqsədi məşqçilik etməyi planlaşdırdığı nəsil ilə Çempionlar Liqasını qazanmaqdır.

 

Qeyd edək ki, "Barselona" 28 turdan sonra 70 xalla La Liqada liderdir. Flikin komandası "Real"dan 4 xal öndədir.