"Çelsi" yenidən baş məşqçi dəyişikliyinə gedə bilər. Liam Rosenyorun işi rəhbərliyi qane etmir. Sport24.az xəbər verir ki, London klubunun rəhbərliyində təmsil olunan bəzi şəxslər bu mütəxəssisin komandanı uğura daşıyacağına ümid etmir.

 

"Zadəganlar" İngiltərə Premyer Liqasının son turunda evdə "Nyukasl"a uduzmaqla (0:1) Çempionlar Liqasına vəsiqə qazanmaq şansını azaldıb. Bu isə ona inamı azaldıb.

 

Rosenyor 2026-cı ilin ilk günlərindən "Çelsi"yə rəhbərlik edir. "Strasburq"dan gələn çalışdırıcı Enzo Mareskanı əvəz etmişdi.