"Bavariya" "Köln"ün futbolçusu Said El Malaya maraq göstərir. Sport24.az xəbər verir ki, Almaniya nəhəngi 19 yaşlı vinger üçün artıq danışıqlara başlayıb.
Bu mövsüm "Köln"ün heyətində Bundesliqada 26 matça çıxmış El Mala 9 qol vurub və 4 məhsuldar ötürməyə imza atıb.
Onun özü də "Bavariya"ya keçməkdə maraqlıdır. "Borussiya"nın(Münhenqladbax) yetirməsi olan futbolçu "Viktoriya Köln" klubunda da çıxış edib.
Gənc futbolçu hazırkı komandası ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.
Said "Bavariya" ilə yanaşı, "Barselona", "Brayton", "Nyukasl", "Çelsi", "Borussiya"(Dortmund), PSJ, "Tottenhem" və "Mançester Yunayted"in də transfer siyahısında yer alıb.