Futbol üzrə Azərbaycan II Liqasında XVIII tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

 

7 qolun vurulduğu "Şəki Siti" - "Kür-Araz" matçında meydan sahibləri qələbəyə sevinib. "Şirvan" isə səfərdə "Ağstafa Gəncləri"dən üstün olub.

 

II Liqa, XVIII tur

 


"Şəki Siti" - "Kür-Araz" 4:3
Qollar: 
T.Zeynalov, 52, 69, 90, N.Fərəci, 88 (pen) - Ü.Nağdalıyev, 16, E.Məmmədov, 41, 44
Qırmızı vərəqə: M.Abdullazadə, 42

 

 

"Ağstafa Gəncləri" - "Şirvan" 1:2
Qollar: 
E.Namazov, 90+1 - E.Xəlilov, 45+4, 90+2