"Barselona"nın prezidenti Joan Laporta Lionel Messinin Kataloniya klubuna qayıtmaq ehtimalından danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "TV3"-ə açıqlama verib:
"Leo istədiyi vaxt "Barselona"ya dönə bilər. "Barselona" kimi bir klubun əzəmətini gücləndirməyə və artırmağa kömək etmək qərarına gələrsə, klubun qapıları onun üzünə açıqdır".
2021-ci ildən "Barselona"dan ayrılan Messi hazırda MLS-də çıxış edən "İnter Mayami"nin formasını geyinir.
Qeyd edək ki, Laporta martın 15-də yenidən "Barselona"nın prezidenti seçilib. O, 2031-ci ilə qədər Kataloniya klubuna rəhbərlik edəcək.