Jurnalist və insayder Fabrisio Romano PSJ-nin hücumçusu Xviça Kvaratskxeliyanın "Arsenal"a mümkün transferi ilə bağlı xəbərləri təkzib etsə də, "topçular"ın marağını istisna etməyib. Sport24.az xəbər verir ki, o, bu barədə özünə məxsus "yutub" kanalında bildirib:
"Kvaratskxeliyanın "Arsenal"a mümkün transferi ilə bağlı bir çox suallar ortaya çıxır. Lakin PSJ onu satmayacaq. "Topçular" yayda ən azı bir yeni oyunçu almağı düşünsə də, bu Xviça olmayacaq. Paris klubu gürcü hücumçunu saxlamaq niyyətində olduğunu açıq şəkildə bildirib və onun üçün heç bir təklifi nəzərdən keçirmək fikrində deyil".
Qeyd edək ki, Kvaratskxeliya 2025-ci ilin yanvarında PSJ-yə transfer olunub. 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.