Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçları start götürür. Sport24.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.

 

"Mançester Siti" ilk oyunda böyük hesabla məğlub olduğu "Real"dan revanş almağa çalışacaq. İngiltərənin digər iki təmsilçisi - "Arsenal" və "Çelsi" də bu gün meydana çıxanlar arasındadır. Daha bir görüş isə Portuqaliyada baş tutacaq. 

 

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

17 mart

21:45. "Sportinq" (Portuqaliya) - "Budyo Qlimt" (Norveç)

İlk oyun - 0:3

00:00. "Arsenal" (İngiltərə) - "Bayer" (Almaniya)

İlk oyun - 1:1

00:00. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 2:5

00:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)

İlk oyun - 0:3