Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con İran milli komandasının DÇ-2026-dan imtina etməsinə münasibət bildirib. Funksioner bu barədə AP portalına açıqlama verib:

 

"İran milli komandası bizim konfederasiyaya daxildir. Onların mundialda oynamasını istəyirik. Bildiyimiz qədəri ilə də İran oynayacaq.

Bu, çox emosional bir andır. Hamı çox danışır. Nəticədə, yalnız İran Futbol Federasiyası onların oynayıb-oynamayacağına qərar verəcək.

Bu gün federasiyadan bizə dünya çempionatına yollanacaqlarını bildirdilər".

 

Qeyd edək ki, bir müddət əvvəl İranın idman naziri Əhməd Donyamali, ABŞ və İsrailin İran ərazisinə hava hücumlarında Ali Lider Əli Xameneinin ölümündən sonra milli komandanın DÇ-2026-da iştirak etməyəcəyini açıqlamışdı. 

İran millisi Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alır.