MBA-da çıxış edən “Dallas Maveriks”in ulduz basketbolçusu Kayri İrvinq Nigeriyada məktəbin təmiri və Qanada uşaqlar üçün sığınacağın inşası üçün 45000 dollar dəyərində yardım edib. Sport24.az xəbər verir ki, amerikalı tennisçi Kemeron Mofid Afrika səfərindən qayıtdıqdan sonra hesab açaraq oranın sakinlərinə yardım etmək qərarına gəlib.

O qısa zaman kəsiyində 5 min dollar toplayıb. Bir müddət sonra Mofid hesaba daxil olaraq oraya Kayri İrvinqin 45 min dollar yatırdığını görüb. Məbləğ dərhal Afrikaya göndərilib.

Nəticədə Nigeriyada məktəbin şagirdləri video hazırlayaraq İrvinqə təşəkkür etdiklərini bildiriblər. Həmin məktəbdə minnətdarlıq əlaməti olaraq Kayrinin adını daşıyacaq basketbol meydançasının inşa ediləcəyi də planlaşdırılır.