Azərbaycanın yeniyetmə basketbolçulardan ibarət millilərinin Avropa çempionatının C divizionunda keçirəcəyi oyunların təqvimi açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

 

16 yaşadək oğlanlardan ibarət yığma A qrupunda Albaniya, Malta və Moldova millilərinə qarşı mübarizə aparacaq. Tahir Baxşıyevin rəhbərlik etdiyi komandanın qrupda ilk oyunu iyulun 9-da, Bakı vaxtı ilə saat 21:30-da Albaniya yığmasına qarşı olacaq. U-16 növbəti oyunlarını iyulun 10-da, saat 16:30-da Moldova, ayın 11-də, saat 16:30-da isə Malta millilərinə qarşı keçirəcək. Qarşılaşmalar paytaxt Tiranada baş tutacaq.

 

16 yaşadək qızlardan ibarət millimiz A qrupunda Gürcüstan, Ermənistan və Kipr yığmaları ilə mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komandanın qrupdakı ilk oyunu iyulun 9-da, Bakı vaxtı ilə saat 15:00-da Ermənistana qarşı olacaq. U-16 qrupda növbəti oyunlarını Gürcüstan (10 iyul, 12:30) və Kipr (11 iyul, saat 12:30) millilərinə qarşı keçirəcək. Qarşılaşmalar Cəbəllütariqdə baş tutacaq.