Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində İsveçrəni qəbul edib.
3 gün öncə İrlandiyaya məğlub olan Tahir Baxşıyevin komandası doğma azarkeşlər önündə də yenilib. "Saatlar ölkəsi"nin yığması 30 top fərqi ilə qalib gəlib.
Qeyd edək ki, qrupun digər matçında İrlandiya Kosovonu sınağa çəkəcək.
DÇ-2027, Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, IV tur
24 noyabr
Azərbaycan – İsveçrə - 55:85 (20:15, 15:22, 8:24, 12:24)
Hakimlər: Edis Tolqa (Türkiyə), Kiril Tvauri (Gürcüstan), Todrubas Daskalu və Vlad Teodor (Rumıniya)
Bakı İdman Sarayı