Məşhur litvalı basketbolçu Arvidas Sabonisin oğlu Domantas Sabonis daha 5 il MBA-da çıxış edən “Sakramento Kinqs”də mübarizə aparacaq. Sport24.az xəbər verir ki, Kaliforniya klubu onunla qarşıdakı mövsümün sonunda başa çatacaq müqaviləni daha 4 il müdddətinə yeniləyib.

Bu müddət ərzində Sabonis 217 milyon dollar məvacib alacaq.

Xatırladaq ki, Domantas 2022-ci ilin fevralında treyd nəticəsində “İndiana Peysers”dən “Sakramento”ya keçmişdi. Məhz onun uğurlu çıxışı sayəsində “Kinqs” ötən mövsüm 17 ildən sonra MBA-da pley-off mərhələsinə vəsiqə qazanmışdı.