"Sabah" basketbol klubu avrokuboklarda D qrupunda ilk oyununu keçirib. Sport24.az xəbər verir ki,  xəbər verir ki, ölkə çempionu Monteneqroda "Mornar"ın qonağı olub.

Qrupdakı start uğursuz alınıb. Belə ki, meydan sahibləry Boban Mitevin komandasını yenib - 80:75 (22:22, 21:17, 16:13, 21:23)

Qrupun digər oyununda Türkiyə “Bahçeşehir Kolleji” Çexiyanın “Nimburk” klubuna evdə 88:89 hesabı ilə uduzub.

"Sabah" növbəti oyununu oktyabrın 25-də Bakıda "Bahçeşehir Kolleji”nə qarş ıkeçirəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.