Kişi basketbolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin keçiriləcəyi yer bəlli olub.

Sport24.az xəbər verir ki, bu barədə qərarı FİBA verib.

Təsnifat mərhələsinin görüşləri Türkiyənin Antalya şəhərində keçiriləcək. Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında təmsil olunacaq. "Sabah" 1-ci qrupda mübarizəyə 1/4 finaldan başlayacaq. İsveç "Norçepinq"i ilə sentyabrın 17-dəki görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Ayın 19-da baş tutacaq yarımfinalda bu cütün qalibi ilə "Friburq" (İsveçrə) görüşəcək. Matç 17:30-da start götürəcək. Digər yarımfinalda isə "Benfika" (Portuqaliya) ilə "Rilski" (Bolqarıstan) – "Nokia" (Finlandiya) cütünün qalibi qarşılaşacaq. Sentyabrın 21-dəki finalda qələbə qazanacaq komanda əsas mərhələyə adlayacaq. Final saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Antalyada 24 komanda 4 qrupda mübarizə aparacaq.