Basketbol üzrə aşağı yaş qrupları üzrə Avropa çempionatlarının püşkü atılıb. Sport24.az xəbər verir ki, mərasimdə Azərbaycan yığmalarının da rəqibləri bəlli olub.

 

Püşkə əsasən U-20 millimiz B divizionunun B qrupunda mübarizə aparacaq. Oğlanlardan ibarət komandamızın rəqibləri Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya olacaq. Oyunlar iyulun 21-24-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək.

 

C divizionunda oynayacaq 16 yaşadək qızlardan ibarət milli A qrupunda Gürcüstan, Ermənistan və Kiprə rəqib olub. Görüşlər iyulun 9-14-də Cəbəllütariqdə baş tutacaq.

 

Bu yaş qrupu üzrə oğlanlardan ibarət komandamız oyunlarını eyni tarixdə Durresdə (Albaniya) keçirəcək. A qrupunda təmsilçimizin rəqibi ev sahibi, Malta və Moldova olacaq.

 

Qızlardan ibarət U-18 yığmamız da C divizionunda çıxış edəcək. İyulun 23-28-də Piteştinin ev sahibliyi edəcəyi oyunlarında basketbolçularımız Albaniya, Gürcüstan və Ermənistanla B qrupunda yer alacaq.

 

Eyni yaş qrupu üzrə oğlanlardan ibarət millimiz də C divizionunun B qrupuna düşüb. Onların rəqibləri Ermənistan, Moldova və Monako olacaq. Görüşlər iyulun 23-28-də Almaniyanın Elbasan şəhərində keçiriləcək.