18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda növbəti matçını keçirəcək. Sport24.az xəbər verir ki, millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışın yarımfinal oyununa çıxacaq.

 

Qrup mərhələsini üç qələbə ilə başa vuran yığmamız Kiprlə qarşılaşacaq. İkinci finalçı Kosovo ilə Albaniyanın duelində müəyyənləşəcək.

 

Qeyd edək ki, final və 3-cü yer uğrunda oyun iyulun 28-də keçiriləcək.

 

Avropa çempionatı, C divizionu
Yarımfinal
27 iyul
19:00. Azərbaycan - Kipr

Tetori İdman Zalı