Məşhur basketbolçu Kevin Dyurant maraqlı açıqlama ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, “Nets”in lideri MBA-nın “slam-dank” yarışının baxımlılığını itirdiyini bildirib: “Burada kifayət qədər ulduz oyunçu yoxdur. Onları geri qaytarmaq lazımdır. Bizim uşaqlıq illərimizdə ulduzlar hər il bu yarışmada çıxış edirdilər. Mən bu dəfə Ja Morant və Zayon Uilyamsonu görmək istəyirəm”.