Futbol üzrə Azərbaycan I Liqasında III tur başa çatıb. Sport24.az xəbər verir ki, turun sonuncu oyun günündə yalnız bir qarşılaşma baş tutub.

 

Şamaxı şəhər stadionunda "Xankəndi" komandası MOİK-i qəbul edib. Görüş qonaqların 2:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

 

Paytaxt təmsilçisinə vacib 3 xalı gətirən qollara B.İsmayılov imza atıb. O, matçın 66 və 90-cı dəqiqələrində rəqib qapısına yol taparaq dublla yadda qalıb.

I Liqa

 

III tur

 

Xankəndi – MOİK 0:2

Qollar: B. İsmayılov, 66, 90

Bu nəticə ilə Birinci Liqada III turun bütün oyunları tamamlanıb.