Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.

 

Azərbaycan millisi dünyada 12-cidir. Yığmanın aktivində 294,562 xal var.

 

Ötən cədvəllə müqayisədə milli 10,503 xal itirib. Bu isə yığmanın reytinqdə 1 pillə geriləməsinə səbəb olub. Cədvələ Kanada başçılıq edir – 686,946. İkinci pillədə Fransa (521,632) qərarlaşıb. İlk "üçlüy"ü isə Niderland (495,469) tamamlayır.

 

Qeyd edək ki, kişilərdən ibarət komandaların cədvəlinə ABŞ təmsilçisi "Mayami" başçılıq edir – 2826,248.