"Bu oyun qrup liderini müəyyənləşdirəcək. Bizdən fərqli, rəqib üçün daha vacibdir. "Sabah" qələbə qazana bilməsə, mübarizəni dayandıracaq". Sport24.az xəbər verir ki, bunu NTD-İNDİQO-nun kapitanı Elşad Şirzadov deyib.

 

26 yaşlı basketbolçu Azərbaycan kuboku çərçivəsində keçiriləcəkləri "Sabah"la oyundan əvvəl fikirlərini açıqlayıb. Onun sözlərinə görə, qrupdan çıxsalar da, bu, onlarda arxayınlıq yaratmayacaq: "Qarşılaşmaya "Şəki" və ya "Sərhədçi"yə qarşı oyunlarla eyni motivasiya ilə çıxacağıq. Çempionatda iki dəfə "Sabah"a uduzmuşuq. Bu oyuna yalnız qələbə qazanmaq məqsədi ilə çıxacayıq. Oyuna ciddi hazırlaşırıq. Kubokda limit fərqlidir. Yaxşı yerli oyunçularımız var. Buna görə də bizi favorit hesab edirlər".

 

Şirzadov bildirib ki, "Sabah"ın heyətində güclü yerli oyunçular var: "Qardaşım Şirzad, Endər Polanxanlının adını çəkə bilərəm. Düşünürəm ki, bizi çox maraqlı oyun gözləyir".

 

Qeyd edək ki, "Sabah" - NTD-İNDİQO matçı martın 27-də saat 19:30-da start götürəcək.