Bu gün keçiriləcək avrokubok püşkləri öncəsi UEFA komandaları qruplara bölüb. Sport24.az xəbər verir ki, bununla da Azərbaycan təmsilçilərinin mümkün rəqiblərinin sayı azalıb.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq "Sabah"ın potensial rəqib sayı 14-dən 7-ə düşüb:
"Şemrok Rovers" (İrlandiya)
"KuPS (Finlandiya)
"Linkoln Red İmps" (Cəbəllütariq)
"Riqa" (Latviya)
"Flora" (Estoniya)
"Larn" (Şimali İrlandiya)
TNS (Uels)
Avropa Liqasında iştirakçı sayının az olması səbəbindən əvvəlki siyahıda dəyişiklik olmayıb.
"Jilina" (Slovakiya)
"Voyvodina" (Serbiya)
"Universitatya Kluj" (Rumıniya)
"Alüminiy" (Sloveniya)
"Derri Siti" (İrlandiya)
"Vestri" (İslandiya)
Konfrans Liqasında isə komandalar 5 qrupa bölünüb. "Zirə" 1-ci qrupda yer alıb və onun 5 mümkün rəqibi bilinib.
"Torpedo" (Gürcüstan)
"Velej" (Bosniya və Herseqovina)
"Yelimay" (Qazaxıstan)
"Elbasani" (Albaniya)
"Petrovats" (Monteneqro)
Qeyd edək ki, UEFA-da 1-ci mərhələlərin püşkatma mərasimi bu gün keçiriləcək. Azərbaycanın Konfrans Liqasında digər təmsilçisi "Neftçi" yarışa ikinci mərhələdən başlayacaq və rəqibini iyunun 17-də tanıyacaq.