Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb. 

 

Yığma üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə iyunun 16-dən iyulun 4-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq" təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis yığmalarının əsas bazalarından hesab olunur.

 

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.